image-modern-az-25-05-2021-1621927771backend

Büdcə vəsaitlərini ən çox və az xərcləyən rayonlar – STATİSTİKA

image-reklam_sirab_01

2020-ci ildə yerli xərclərin həm ümumilikdə, həm də ayrı-ayrı şəhər və rayonlar üzrə icra səviyyəsi azalıb. Bu isə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən proqnozla müqayisədə daha az vəsait ayrılmasına səbəb olub.

Veteninfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, təqdim olunmuş hesabat məlumatlarına əsasən 2020-ci ildə şəhər və rayonların yerli xərcləri ümumilikdə 703,4 mln. manat  və o cümlədən Bakı şəhəri üzrə 293,8 mln. manat  təşkil edib.

Şəhərlər üzrə yerli xərclərin ümumi icra səviyyəsi 463,3 mln. manat vəsaitə qarşı 414,0 mln. manat və ya 89,4% səviyyəsində icra edilib. 3 şəhər üzrə icra səviyyəsi qeyd olunan göstəricidən yüksək, 6 şəhər üzrə isə az olub. Şəhərlər üzrə ən yüksək icra səviyyəsi Bakı şəhərinə (90,6%), ən aşağı icra səviyyəsi isə Şəki şəhərinə (80,1%) məxsusdur.

Rayonlar üzrə isə ümumi icra səviyyəsi 351,6 mln. manat proqnoza qarşı 289,4 mln. manat və ya 82,3% səviyyəsində olub. 32 rayon üzrə icra səviyyəsi rayonlar üçün orta icra səviyyəsindən yüksək, 24 rayon üzrə isə aşağı bildirilib. Ən aşağı icra səviyyəsi 61,3% olmaqla Xızı rayonunda, ən yüksək icra səviyyəsi 94,7% olmaqla Gədəbəy rayonunda qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki