image-reklam-veteninfo
image-1backend

Burhanəddin Duran Mərmərə zəlzələsində həyatını itirənləri yad edib

image-reklam-veteninfo

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran 17 avqust 1999-cu ildə baş vermiş Mərmərə zəlzələsində həyatını itirənləri yad edib.

Duran zəlzələnin 27-ci ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.

“17 avqust Mərmərə zəlzələsinin 27-ci ildönümündə zəlzələdə həyatını itirən vətəndaşlarımızı rəhmətlə yad edir, ailələrinə və əziz millətimizə başsağlığı verirəm. Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun, millətimizin bir daha belə acılar yaşamamasını nəsib etsin”, – deyə Duran bildirib.

Xatırladaq ki, 1999-cu il avqustun 17-də Türkiyənin Mərmərə bölgəsində baş verən güclü zəlzələ böyük dağıntılara və insan tələfatına səbəb olmuşdu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki