image-c2481384-69b6-3eb3-9e97-1316e556e905_850backend

Çadda etirazçılarla polis arasında toqquşmada 50 nəfər ölüb

image-reklam_sirab_01

Çadın paytaxtı Ncamendə cümə axşamı hökumət əleyhinə nümayişlə müşayiət olunan iğtişaşlarda azı 50 nəfər ölüb.

bunu Baş nazir Saleh Kebzabo mətbuat konfransında deyib.

“Daha 300-dən çox insan yaralanıb”, – Cənubi Afrikanın SABC radiostansiyası hökumət başçısından sitat gətirib. Məlumata görə, ölənlərin sayı 50-yə çatıb.

Kebzabo iğtişaşçıların bəzilərinin silahlı olduğunu qeyd edib. Cümə axşamı hökumətin qərarı ilə paytaxtda və daha iki şəhərdə komendant saatı tətbiq edilib.

Bundan əvvəl Nazirlər Kabinetinin sözçüsü Əziz Mahamat Saleh 30 nəfərin, o cümlədən hüquq-mühafizə orqanlarının 10 əməkdaşının öldüyünü açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki