image-cebackend

Cəbrayıl azaddır!

image-reklam_sirab_01

 

Cəbrayıl rayonu  1993-cü il avqustun 23-də Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilib.1050 km² sahəsi, 52 mindən çox əhalisi olan rayon bütünlüklə işğala məruz qalıb. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub, 5 məscid, 78 kitabxana, 149 mədəniyyət ocağı, 8 xəstəxana fəaliyyət göstərib. İşğal nəticəsində 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidə erməni vandalizminə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13 min 147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrrüfatı obyekti düşmənin əlinə keçib. Rayonun 80 mindən çox əhalisi öz dogma yurdlarından məcburən köçkün düşərək hazırda müxrəlif bölgələrdə məskunlaşıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilarların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutmasi nəticəsində münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmayıb.

Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Azərbaycan xalqına qələbə duyğuları yaşadan Müzəffər Ali Baş komandan 44 günlük əks-həmlə əməliyyatları zamanı özünün misilsiz diplomatik-hərbi fəaliyyəti ilə bir daha xalqın yanında olduğunu nümayiş etdirdi. Qalibiyyətlə dolu döyüş əməliyyatlarının aparıldığı günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə  ardıcıl olaraq müxtəlif mənbələrdən, ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar yollayırdılar. Lakin ölkəmizin başçısının qoyduğu qəti tələblər  bundan ibarət idi ki, mənfur düşmən şərtlərimizi qəbul etməlidirlər. Və bu belə də oldu. İndi biz Cəbrayılımızda gözəl yaşayış binalarını, mədəniyyət ocaqlarını yenidən bərpa edəcəyik.

Hər zaman bütün çıxışlarında “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Cəbrayıl rayonuna böyük xalq sevgisi ilə müşaiyət olunan səfəri ilə bu fikrin doğruluğunu sübuta yetirdi və həmin nidanı qoymuş oldu.

 

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

 Əliyeva Zenfira Taleh qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki