image-1backend

Cəbrayılda 23 qumbara aşkarlanıb – FOTO

image-reklam_sirab_01

Cəbrayılda xeyli qumbara aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Vətəninfo.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman ümumilikdə, 23 ədəd “F-1” və “RQD-5” markalı əl qumbaralarını taparaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki