Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma davam etdirilir. .
***********
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.