image-reklam-veteninfo
image-images-1backend

“Çelsi” Marko Palestranın transferi ilə bağlı “Atalanta” ilə razılığa gəlib

image-reklam-veteninfo

İngiltərənin “Çelsi” klubu İtaliyanın “Atalanta” komandasında çıxış edən gənc futbolçu Marko Palestranın transferi ilə bağlı razılıq əldə edib.

Vətəninfo.az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

London təmsilçisi daha əvvəl “İnter”ə keçidi baş tutmayan 21 yaşlı sağ cinah oyunçusu üçün “Atalanta”ya 55 milyon avrodan artıq məbləği əhatə edən təklif təqdim edib.

Bildirilir ki, italiyalı futbolçu da transferə razılıq verib və tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

Beləliklə, “Atalanta” klubu Ederson və Marko Palestranın satışından ümumilikdə 100 milyon avrodan çox gəlir əldə edərək növbəti rekord transfer gəlirinə imza atıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki