İspaniya çempionu “Barselona”nın 37 yaşlı polşalı hücumçusu Robert Levandovski Çempionlar Liqasında Kataloniya komandasının keçmiş hücumçusu, 38 yaşlı argentinalı Lionel Messinin (“İnter Mayami”) rekordunu təkrarlayıb.
Vətəninfo.az xəbər verir ki, hər ikisi Çempionlar Liqasında 40 fərqli komandaya qol vurub.
Son turda Levandovski Danimarka “Kopenhagen”inə qarşı qol vurdu. “Barselona” 4:1 hesabı ilə qalib gəldi.
Üçüncü yerdə Çempionlar Liqasında 38 fərqli komandaya qol vuran 40 yaşlı portuqaliyalı Kriştiano Ronaldo (“Əl-Nəsr”) qərarlaşıb.


























