Vətəninfo.az xəbər verir ki, Whoscored statistik saytı mövqelər üzrə ən yüksək orta xal əsasında Çempionlar Liqasının ötən mövsümünün simvolik komandasını tərtib edib.
Ən yaxşısı 8,1 xal toplayan İspaniya çempionu “Barselona”nın braziliyalı cinah oyunçusu Rafinyadır.
Qapıçı . Tibo Kurtua (Real Madrid, 7.1).
Müdafiəçilər . Achraf Hakimi (PSJ, 7.4), Nikolas Otamendi (Benfika, 7.2), Markinyos (PSJ, 7.1), Nuno Mendes (PSJ, 7.4).
Yarımmüdafiəçilər . Lamine Yamal (Barselona, 7,9), Camal Musiala (Bavariya, 7,5), Cude Bellinqhem (Real Madrid, 7,3), Rafinya (Barselona, 8,1).
Hücumçular . Usman Dembele (PSJ, 7,6), Harri Keyn (Bavariya, 7,6).