image-ebackend

Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur

image-reklam_sirab_01

Vətən müharibəsində qələbəmizin yaratdığı reallıqlar Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivlərini yenidən nəzərdən keçirməyi zəruri edib.

Bu məsələlər mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən tədbirdə geniş və ətraflı şəkildə müzakirə edildi.
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin səkkiz il öncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılması barədə verdiyi qərar da dövlətimizin başçısının digər uzaqgörən addımları qədər düşərli olmuşdur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya səviyyəsində get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edir.

Forumdan başqa, Mərkəz bir çox digər tədbirləri də təşkil etdi, Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, Mərkəz beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı. Mərkəz bütün sahələrdə Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə kimi mövqeyini təşviq etmiş, bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrilmiş, tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başlamışdır. COVID-19 pandemiyasına, məhdudiyyətlərə və səfərlərin təxirə salınmasına baxmayaraq, mərkəz yenə də çox fəal işləyir, yeni texnologiyalardan tam yararlanmaqla öz səylərini davam etdirir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki