image-1backend

CL: “Mançester Siti” “Mançester Yunayted”in rekordunu təkrarlayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Çempionlar Liqasının ikinci turunda Slovakiya çempionu Bratislava Slovan üzərində 4:0 hesablı qələbə sayəsində İngiltərə çempionu “Mançester Siti” əsas avrokubok turnirində ardıcıl məğlubiyyətsiz oyunların sayına görə “Mançester Yunayted”in rekordunu təkrarlayıb.

Kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda Çempionlar Liqasında ardıcıl 25 oyundur (17 qələbə, 8 heç-heçə) uduzmayıb.

Ötən dəfə “Mançester Siti” 2021-2022 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda Çempionlar Liqasında “Real Madrid”ə uduzub.

“Mançester Yunayted”in  bu rekordu 2007-ci ildə qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki