image-3-daq-kesemenbackend

Dağ Kəsəmən kəndində “Yeni məhəllə” adlanan yaşayış massivində sakinləri narahat edən məsələlər yerində öyrənilib

image-reklam_sirab_01

Ağstafanın ikinci nə böyük yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndində “Yeni məhəllə” adlanan yaşayış massivində sakinləri narahat edən məsələləri araşdırmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinləri və rayonun müvafiq təşkilat rəhbərləri ilə birlikdə əraziyə baş çəkib. Sakinlər məhəllənin hər dörd küçəsinin girişində məişət tullantıları üçün zibil qutularının qoyulmasını və ərazidə çıxan yabanı kol-kosların biçilməsi təklflərini irəli sürüblər. Hər iki müraciətin həlli ilə bağı aidiyyəti üzrə yerli Mənzil Kommunal Təsərrüfatı Birliyinin direktoruna yerində tapşırıq verilib. Hazırda ərazidə təmizlik işlərinə başlanılıb və həftənin bazar ertəsi günü qutuların yerləşdirilməsi təmin ediləcəkdir. Vətəndaşların qaldırdıqları digər məsələlər də qeydiyyata alınaraq nəzarətə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki