image-56backend

Daha bir deputat Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi

image-reklam_sirab_01

Milli Məclisin deputatı Etibar Əliyev həbsdə aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Vətəninfo.az xəbər verir ki, bu haqda o sosial media hesabından paylaşım edib.

“Deputat həmkarım hörmətli Vahid Əhmədovun Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı cənab Prezidentə etdiyi müraciətə mən də qoşuluram”-deyə, o, paylaşımında qeyd edib.

Ötən gün deputat Vahid Əhmədov ölkə Prezidentinə Saleh Rüstəmovla bağlı müraciət edib. Deputat dövlət başçısından humanizm prinsiplərini əsas tutaraq, Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləri çərçivəsində yardımçı olmağı xahiş etmişdi.

O bu təşəbbüsün “Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi”ndən gəldiyi qeyd edib.

Qeyd edək ki, Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov hazırda atasının vəziyyətinin pisləşdiyini və xüsusi nəzarətə götürüldüyünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki