image-modern-az-31-05-2021-1622449383backend

“Daimi sülh ədalətli məhkəmədən keçir!” – Zahid Oruc erməni cəlladlardan DANIŞDI

image-reklam_sirab_01

“Bakı Hərbi Məhkəməsində iki erməni hərbçisinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 nəfər azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək”.

Veteninfo.az  xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

O, hər iki erməninin 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşduklərini xatırladıb:

“Təəccüblü deyil ki, Ermənistanın bütün rəsmiləri Bakını müxtəlif konvensiyaları pozmaqda suçlandırır.İnanılmaz siyasi inkişafdır, nəhayət 30 ildən sonra qarşı tərəf beynəlxalq sənədlərə istinad etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin. Əlbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri də süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır!”.

Zahid Oruc onu da qeyd edib ki, biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik:

“Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin.”Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın  soyuqqanlı, obyektiv və balanslı davranacağına inanırıq.Xarici mətbuat da iştirak edə bilər.Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir. Beynəlxalq tribunalarda “siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır.Ədalətsiz dövlətlərin təzyiqinə 17 il, 44 gün və son 6 ayda mətinliklə dözən 1-ci şəxs İlham Əliyev Parisin, Brüsselin və Strasburqun çağırışlarının hansı maraqlardan irəli gəldiyini əla bilir. Halbuki müharibələrin tarixi qaliblərin məhkəmə hüququnu mütləq  tanıyır!

Bəli, Stalinin Nürmberq prosesi olmasaydı, 3-cü Reyxin sağ qalan təmsilçiləri yeni müharibələr törətməkdən çəkinməzdilər.İsrail dövləti də1962-ci ildə  tərtib etdiyi siyahı üzrə Osvensemi, Holokostu törədənlərin bir qismini cəzalandırdı. İndi 30 ilə yaxındır Hərbi prokurorluqda açılan cinayət işlərinin üzərindən qalın tozu silmək vaxtıdır.O qovluqlar təkcə tarix və arxiv üçün deyil, yerinə yetirilə bilməmiş dövlət aktıdır. Hökmlərsə hələ çıxarılmayıb və əvf ediləcək hərbi cani də yoxdur. Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı Tribunalı qurmaqdan bizi daşındıra bilməz. Yaxşı qonşuluq münasibətləri, iqtisadi-ticarət əlaqələri və kommunikasiyaların açılması müqəddəs şəhidlərimizə münasibəti dəyişməyəcək. Yoxsa, avropalı parlamentarilər, məmurlar Çəmbərəkənd deyib üstündən asfalt çəkilən indiki Şəhidlər Xiyabanını da ləğv etməyə çağırarlar.

Sonda xatırladaq ki, Levon Ter Petrosyan 10 gün əvvəl konseptual məqalə ilə çıxış edərək, 100 illik torpaq iddialarına son qoymaq üçün xalqınacəsarətlə çağırış edib. Alqışlanacaq hadisədir. Bəli, tarix çox ədalətlidir-haqsız qalibi sonda mütləq mühakimə edirlər!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki