Tədbir Azərbaycan və Özbəkistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin texniki və
təsərrüfat işləri üzrə mütəxəssisi Vüqar Mirzəyev , Daşkənd Şərqşünaslıq Universitetin müəllimi dosent Çetin Yıldız, Türkşunaslıq Ali məktəbin rəhbəri Muhamadcan Aripov , Türkşünaslıq Ali məktəbin professoru Kasımcan Sadıkov, Professor Adxanbek Alimov , Türkşunaslıq araşdırmaları mərkəzinin rəhbəri, dosent Cüməli Şabanov, Türkşünaslıq Ali məktəbin dosenti Lala Aminova. Özbəkistanın tanınmış elm adamları və siyasi xadimləri çıxış ediblər.
Tədbirin açılışında çıxış edən Daşkənddəki Heydər Əliyev mərkəzinin əməkdaşı Vüqar Mirzəyev Özbəkistanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışaraq, rəsmi Daşkəndin Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, həmçinin Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.
Azərbaycan dili fənnini Özbəkistan universitetlərində tədris və təbliğ edən müəllim filologiya üzrə fəlsəfə doktoru Xudiyeva Mətanət öz çıxışında Özbəkistan və Azərbaycanın dostluq və qardaşlıq əlaqələrini önə çəkərək belə deyib:
“Bu gün Özbəkistan və Azərbaycan bir yumruq kimi birdir. Bu qardaşlığın təcəssümüdür ki, Özbəkistan işğaldan azad edilən Qarabağda bir çox işlərdə Azərbaycana dəstək verir. Yeni məktəbin tikilməsi, iş yerlərinin açılması üçün rəsmi Daşkənd bir çox layihələrə dəstək verir. Prezidentimizin əsgəri olaraq sözlərimi cənab İlham Əliyevin bu fikri ilə tamamlayıram: “Bizim ailəmiz Türk dünyasıdır və biz birlikdə güclüyük”.
Daha sonra Özbəkistan Azərbaycan əlaqələrini əks etdirən sərgi nümayiş etdirilib.
Sərgidə Özbəkistaın Qarabağda gördüyü işlər, iki ölkənin liderlərinin görüşlərini əks etdirən fotolar nümayiş olunub. Tədbirin növbəti günü qonaqlarla nahar baş tutub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.



























