image-pasar-properti-di-indonesiabackend

Davamlı inkişaf edən münasibətlər.

image-reklam_sirab_01

Azərbaycan və Türkiyə qardaşlığının kökləri çox qədimlərə dayanır.Qədim zamanlardan da dostluq,qardaşlıq münasibətləri olub. Bunun əsas səbəblərindən biri hər iki millətin türk xalqı olmasıdır. Danışdığımız dillər bir-birinə çox yaxındır və Oğuz dilləri qrupuna aiddir.Ulu öndər Heydər Əliyevin dediyi kimi “ 1 millət, 2 dövlətik”.
Türkiyə Azərbaycanın ən etibarlı tərəfdaşıdır. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumları rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra həmin il noyabrın 9-da Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuşdur. 2004-cü il aprelin 12-dən isə Qarsda baş konsulluqları fəaliyyət göstərir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaratmaqla yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması üçün də böyük əhəmiyyət kəsb edir.
Türkiyə hər zaman beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir. Eyni zamanda Azərbaycanda hər zaman qardaşlıq münasibətlərinə sadiqdir. 2011-ci ildə Azərbaycan “Eurovision” mahnı müsabiqəsində 1-ci yerə layiq görüldüyü zaman Azərbaycan və Türkiyə bayrağı ilə səhnəyə çıxaraq bu qələbənin dostluq, qardaşlıq qələbəsi olduğunu göstərdi.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün cəhdləri həmişə müdafiə etmişdir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələb edirdi. SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişləndirildiyi zaman Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsilə dünyaya çatdırıldı. Türkiyə hər zaman Ermənistanın Azərbaycanın qədim torpağı işğal etdiyini dilə gətirir və bu mübarizədə Azərbaycanı tam dəstəkləyirdi. Bir daha. Ermənistanın hərbi təcavüzünün genişləndiyi dövrdə Azərbaycan ərazilərinin işğalı və xalqımıza qarşı edilən təcavüz aktları Türkiyədə böyük həyəcanla qarşılanırdı. Xocalının işğalı zamanı Türkiyə Böyük Millət Məclisinin iclasında Qarabağdakı gərginliyin daha da artmasına səbəb olan bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması haqqında yekdilliklə qərar qəbul edildi. Bundan əlavə, sonrakı illərdə də Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə ictimaiyyətinin, mətbuat və kütləvi informasiya vasitələrinin mühüm rolu təqdirə layiqdir. Bununla yanaşı, Türkiyə tərəfi münaqişəni nizama salmaq üçün, ilk növbədə atəşin dayandırılmasına nail olmağın vacibliyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını təkid etmiş və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etmişdir. Bununla yanaşı 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq mübarizəsində hər zaman yanında olub və dəstəkləyib.
İki dövlətin rəhbərinin dostluğu, qardaşlığı və qarşılıqlı şəkildə səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətlərimizin xarici siyasəti üçün önəmlidir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günədək “bir millət, iki dövlət” prinsipinə hər zaman əməl edildiyini bildirir. İnkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu və dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını bildirərək qeyd etmişdir ki: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır_

Oruczadə Ələviyyə
Azərbaycan Dillər Universiteti

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki