image-reklam-veteninfo
image-1backend

DÇ-2026: İran – Yeni Zelandiya matçında 4 qol: Misir Belçikaya qarşı dirəniş göstərdi – VİDEO

image-reklam-veteninfo

Dünya çempionatının qrup mərhələsi çərçivəsində növbəti qarşılaşmalar baş tutub.

G qrupunda yer alan komandaların ilk oyunları gözlənilməz nəticələrlə yaddan qalıb.

İran milli komandası DÇ-2026-da ilk matçına çıxıb. Baş məşqçi Əmir Qalenoiyinin yetirmələri Los-Ancelesdə Yeni Zelandiya seçməsi ilə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 7-ci dəqiqədə Şotlandiyanın “Motervell” klubunda çıxış edən yeni zelandiyalı Elayca Cast açıb. Lakin 32-ci dəqiqədə Ramin Rezayan bərabərlik qolunu vurub.

İkinci hissədə də tərəflər hərəyə bir qol vurmağı bacarıblar. 54-cü dəqiqədə Elayca Cast özünün və komandasının ikinci qoluna imza atsa da, İran bu qola Rusiyanın “Rostov” klubunun futbolçusu Məhəmməd Mohebinin dəqiq zərbəsi ilə cavab verib.

***

G qrupunun digər oyununda isə Belçika və Misir yığmaları Sietl şəhərində üz-üzə gəlib. Məhəmməd Salahın kapitanlıq etdiyi Misir millisi güclü rəqibinə qarşı ciddi müqavimət göstərərək matçdan 1:1 hesablı heç-heçə ilə ayrılmağı bacarıb.

Qarşılaşmanın 19-cu dəqiqəsində Emam Aşur uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə Belçika qapısını sarsıdıb. Avropalılar yalnız 66-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Oyuna sonradan daxil olan veteran hücumçu Romelu Lukakunun təzyiqi nəticəsində Misir millisinin müdafiəçisi Məhəmməd Hani topu öz qapısına göndərib (avtoqol).

Qalan vaxtda komandalar qarşılıqlı oyun nümayiş etdirsələr də, hesab dəyişməyib.

G qrupunda keçirilən ilk turnun oyunlarından sonra bütün komandalar 1 xala malikdir.

Növbəti 2-ci turda aşağıdakı qarşılaşmalar baş tutacaq:

Belçika – İran (21 iyun, saat 23:00)

Yeni Zelandiya – Misir (22 iyun, saat 05:00)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki