Bakı Ağır Cinayətlər Məhkəməsində 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinən Abbasov Rail Nurəddin oğlunun məhkəməsi başlayır.
Vətəninfo.az-ın məlumatına görə, 18 mart tarixinə təyin olunan məhkəmə prosesinə hakim Mahirə Kərimova sədrlik edəcək. Cinayət işində Həziyev Əsgər Bayram oğlu zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, ictimai fəal Rail Abbasov ötən il sentyabr ayının 19-da Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rail Abbasov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yaxın dostu kimi tanınır.