image-reklam-veteninfo
image-1backend

Dembele Fransa Liqasının ən yaxşı oyunçusu seçildi

image-reklam-veteninfo

Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembele Fransa Milli Peşəkar Futbolçular Birliyinin (UNFP) versiyasına görə, ardıcıl ikinci il Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

Vətəninfo.az xəbər verir ki, o, Vitinya, Nuno Mendeş (hər ikisi PSJ), Meyson Qrinvud (Marsel) və Florian Tovin (Lans) kimi oyunçuları geridə qoyub.

Dembele hazırkı Fransa çempionatında 20 oyunda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ən yaxşı məşqçi adına “Lens”in baş məşqçisi Pyer Seyc layiq görülüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki