Dəmirören Holding – in Rəqəmsal Media direktoru Dəniz Ayas saytımıza özəl açıqlamasında Şanlıurfada keçirilən TEKNOFEST ilə bağlı fikirlərini bölüşüb.
Dəniz Ayas bildirib ki, TEKNOFEST-in hər il daha çox türkdilli ölkədən iştirakçıları qəbul etməsi tədbirin əhəmiyyətini daha da artırır:
“TEKNOFEST artıq bütün türkdilli ölkələrdən gələn iştirakçıları bir araya gətirməklə tarixi birliyə imza atır. Son üç il ərzində bu tədbirə gələn iştirakçıların sayı davamlı olaraq artır. Bununla yanaşı, TEKNOFEST-də iştirak etmək üçün Türkiyəyə gələn turistlərin sayında da artım müşahidə olunur”.
Dəniz Ayas qeyd edib ki, bu il də ənənəvi olaraq müxtəlif türkdilli ölkələrdən iştirakçılar Şanlıurfaya gəlib.
“Hər il olduğu kimi, bu il də bütün türkdilli ölkələrdən iştirakçılar TEKNOFEST-ə qatılıb. Dost və qardaş Azərbaycandan gələn iştirakçıların sayının artması da xüsusi əhəmiyyət daşıyır. Bu, bizim dostluğumuzun və qardaşlığımızın təməlini daha da möhkəmləndirir”, – deyə Dəniz Ayas bildirib.
O vurğulayıb ki, TEKNOFEST yalnız texnologiya və innovasiya sahəsində deyil, eyni zamanda türkdilli ölkələr arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm platformaya çevrilib.


























