image-1backend

Dəniz sahilini zibillləyənlər cərimələnib

image-reklam_sirab_01

Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib.

Daxili İşlər Nazirliyindən Vətəninfo.az-a verilən xəbərə görə, DİN aidiyyəti dövlət qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq nəzarət-profilaktiki tədbirləri davam etdirir.

Tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsi) və 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) maddələrinin tələblərinə əməl etməyən fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək barələrində müvafiq tədbirlər görülülməsi diqqətdə saxlanılır.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Nəticə yoxdur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki