image-76backend

Deputat: “Antimilli qüvvələr yeni qanun layihəsini cəmiyyətə başqa formada təqdim edirlər”

image-reklam_sirab_01

“Azərbaycan Vətən müharibəsində olduğu kimi, informasiya savaşında da qələbə qazanıb”.

Vətəninfo.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında “Media haqqında” yeni qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu dövr ərzində Azərbaycan reallıqlarını müxtəlif media orqanları vasitəsilə dünyaya çatdırıb: “Qanun layihəsi Azərbaycan mediasının inkişafına böyük töhfələr verəcək, o cümlədən, yerli medianın inkişafına təsir göstərəcək. Layihə bir neçə gündür ki, bəzi qruplaşmalar vasitəsilə cəmiyyətə başqa formada çatdırılır. Bu qüvvələr antimilli fəaliyyət göstərirlər və etiraf edirlər ki, özləri üçün yeni lider də müəyyənləşdiriblər. Onlar özlərinə Ermənistanın Baş nazirini “lider” kimi seçiblər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki