“Hökumət elə düşünür ki, biz onların işlərində ancaq nöqsan axtarırıq. Ancaq nöqsan axtaranın elə özü də nöqsanlıdır”.
Veteninfo.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
“Hökumət bilməlidir ki, biz ölkəmizin inkişafında maraqlıyıq. Ona görə də xahiş edirəm ki, bəzi məsələləri süngü ilə qarşılamasınlar. Sabitlik çox vacibdir. Azərbaycanda da daxili sabitlik yüksək səviyyədədir”, – o qeyd edib.
Deputat bildirib ki, Azərbaycanda bahalaşma var: “Hökumətdən xahiş edirəm ki, bunu əsaslandırın. Bəlkə insanları inandıracaqsınız. Bahalaşma belimizi qırır”.