Deputat Tahir Kərimli Baş nazirə müraciət edib.
Vətəninfo.az xəbər verir ki, deputat bu barədə Milli Məclisdə hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatının müzakirəsi zamanı fikir səsləndirib.
Deputat nazirliklərin, dövlət qurumlarının deputatlara biganəliyindən şikayətlənib:
“Bizim müraciətlərimiz nə üçün cavablandırılmır? Biz vətəndaşların problemləri ilə bağlı narahatlığı ifadə edirik. Amma nazirliklər müraciətlərimizə baxmırlar”.