image-modern-az-08-06-2021-1623145824backend

Deputat əlilliklə bağlı problemlərə görə iki nazirliyi günahkar saydı

image-reklam_sirab_01

“Əlilliyin müəyyən olunması ilə bağlı dəyişikliklər 630 mindən çox insanın taleyini əhatə edir”.

Veteninfo.az  xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Əli Mənsimli xatırladıb. O qeyd edib ki, bu məsələ ilə bağlı xeyli problemlər var:

“Sual ortaya çıxır ki, dəyişikliklər əlilliklə bağlı müəyyən problemlərin aradan qaladırılmasına kömək edəcək, yoxsa yeni problemlər yaradacaq. Burada əsas məsələ qənaət rejiminin daha da gücləndirilməsidir. 30 faizə qədər qüsurlu insanın əlil adlandırılmaması nə qədər qənaətə gətirib çıxaracaq, bu bəlli deyil.

Digər bir sual da ortaya çıxır: Bu dəyişikliklər əlillərin müvainətinə necə təsir edəcək?”.

Ə. Mənsimli bildirib ki, əlilliyin müəyyənləşdirilməsində elektron sistem tərbiq olunur, amma bu proqam mükəmməl olmadığına görə, problem yarana bilər:

“Əgər əlilliyi ləğv olunan şəxslər 7 nəfər və ya 700 nəfərdirsə, bunu onların öz boynuna qoya bilərik. Amma 7000 və daha çoxdursa, burada birbaşa Səhiyyə Nazirliyi və Əmək Nazirliyi günahkardır.

Bu qurumlar hələ tam şəkildə bir-birinə inanmırlar. Xalq isə o nazirliklərin heç birinə inanmır. Əhalinin buna inamını bərpa etmək üçün haqsız əlilliyi ləğv edilmiş insanların əlilliyini bərpa etmək, komissiya yaratmaq, məsələni yerində həll etmık lazımdır.

Hələ qazilərin əlilliyinin müəyyənləşdirilməsi məsələsində də problemlər var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki