“Energetika sistemində ən çox problem sayğaclarla bağlıdır”.
Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov danışıb.
Deputat “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova sual ünvanlayıb:
“Qanunda “ağıllı sayğac” anlayışı qeyd edilib. Mən qanuna baxanda görürəm ki, indiki sayğaclarla eyni funksiyanı yerinə yetirir. Sayğaclar dəyişdiriləcək? Bu hansı anlama gəlir?”.