image-kamal_ceferov_deputat_230420backend

Deputat Kamal Cəfərov Milli Məclisin dünənki iclası barədə fikirlərini açıqlayıb

image-reklam_sirab_01

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Kamal Cəfərov öz feysbuk səhifəsində parlamentin 14 dekabr tarixli iclası barədə bir sıra KİV-lərdə getmiş xəbərlər barədə fikirlərini bildirib.
Deputat qeyd edib ki, dünən bəzi media nümayəndələri “Sahibə Qafarova yenə əsəbiləşdi” başlıqlı xəbər tirajlayıblar. Millət vəkili hesab edir ki, bu səhv təqdimat və yanlış başlıq idi. Çünki Sabir Rüstəmxanlı cənab Prezident İlham Əliyev tərəfindən təqdim edilən qanun layihəsini (“İşsizlikdən sığorta haqqında” qanun layihəsinə dəyişiklik edilməsi barədə” sənəd (birinci oxunuş) kosmetik sənəd adlandırıb və ölkə başçısının fəaliyyətini tənqid edib. Müzakirəyə təqdim olunmuş qanun layihəsinin məqsədi işsiz şəxslərin sığorta alması üçün hüquqi bazanın təkmilləşdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi idi.
Deputat bildirir ki, Milli Məclisin sədri Sahibə xanım Qafarova da üzvü olduğu Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezidentin siyasətini və onun fəaliyyətini müdafiə edib. YAP İdarə heyətinin üzvü kimi mən də Sahibə xanımın çıxışını alqışladım. Sabir Rüstəmxanlı bu alqış sədalarına əsəbiləşdi və bunu “tərbiyəsizlik” adlandırdı. Necə olur ki, Sabir müəllim Ali Baş Komandanı tənqid edə bilir, onun təqdim etdiyi sənədə kosmetik sənəd deyir, ancaq biz cənab Prezidentə dəstək nümayiş etdirdikdə tərbiyəsiz oluruq?!
Deputat xatırlayır ki, millət vəkili Cavid Osmanov AXC-Müsavat cütlüyünün xəyanətindən danışanda, Sabir Rüstəmxanlı gənc deputatların bu məsələlərdə danışmağa mənəvi hüququnun olmadığını bildirmişdi.
Kamal Cəfərov Sabir Rüstəmxanlıya xitabən deyir: “Sabir müəllim, Azərbaycan bizik, Milli Məclis bizik, daha çox bizik. Gənc deputat kimi istənilən məsələdə fikirlərimizi də ifadə etməkdə sərbəst və səlahiyyətliyik. Hesab edirəm ki, elə daha çox bizim mənəvi hüququmuz var”.
Kamal Cəfərov media qurumlarının bu cür başlıqla xəbər yaymasına təəssüf etdiyini ifadə edərək deyir ki, düzgün başlıq belə ola bilərdi: “Sabir Rüstəmxanlı Prezidenti tənqid etdi, Sahibə Qafarova cənab Prezidenti müdafiə etdi!” Çünki dünənki iclasda baş verən əsas məsələ bu idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki