image-modern-az-08-06-2021-1623139053backend

Deputat “kitab oğruları”nı MÜDAFİƏ ETDİ

image-reklam_sirab_01

Deputat “Ali və Nino” kitab mağazasından oğurluq edən gənclərə görə mağaza rəhbərliyini ittiham edib.

Veteninfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Kamal Cəfərov kitab oğurluğuna görə gündəmə gələn gəncləri müdafiə edib:

“Həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışdı. Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN-dən çox olmadıqda bu cinayət əməli olunmur. Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oğurlayanlar da oğru olmur”.

Xatırladaq ki, ötən gün Bakının Səbail rayonunda kitab mağazasından edilən oğurluq böyük səs-küyə səbəb olub. Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.  Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıb.

image-kamal_ceferov_deputat_2304201623139091


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki