image-33backend

Deputat Könül Nurullayeva Keşlə qəsəbəsindən olan sakinlərin problemləri ilə maraqlanıb

image-reklam_sirab_01

Millət vəkili K.Nurullayeva Tahir Bədəlov 40, Nizami Abdullayev 44/4, Türkmən küçəsi 10/6B və Davud Aslan küçəsi 2 ünvanlarında yaşayan Keşlə qəsəbəsinin sakinləri ilə görüş keçirib, onların təklif və problemlərini dinləyib. Deputat ofisindən verilən məlumata görə, səyyar qəbul zamanı səsləndirilən müraciətlər arasında internet sürətinin zəif olması, qazın verilməsində problemlərin yaranması, kanalizasiya sistemindəki mövcud problemlər, vətəndaşın həyətində yerləşən işıq dirəyinin köçürülməsi, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi və danışmaz əmlak obyektlərinin yenidən nömrələnməsi ilə bağlı şikayət və təkliflər yer almaqdadır.
Görüş sonu Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərinin diqqətinə çatdırıb ki, sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırma aparılacaq, qeydiyyata götürülən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacaqdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki