Deputat Fəzail Ağamalı Minsk qrupunun ləğv edilməsini tələb edir.
Veteninfo.az xəbər verir ki, bu barədə fikirlərini Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında səsləndirib. O Fransanın simasında Minsk qrupunun əvvəlki səmərəsiz fəaliyyətindən əl çəkmədiyini qeyd edib:
“Mən təklif edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə müraciət etsin. ATƏT həmsədrlər qrupunun ləğvini reallaşdırsın”.