image-53backend

Deputat ov turizminin “Turizm haqqında” qanuna daxil etməsini TƏKLİF ETDİ

image-reklam_sirab_01

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında turizm haqqında gedən müzakirələr zamanı bəzi məsələləri qeyd edib.

 

Vətəninfo.az xəbər verir ki, deputatın sözlərinə görə, “Ov turizmi’ ifadəsinə “Turizm haqqında” qanun layihəsində yer verilməyib:

 

“Bu ifadənin qanun layihəsinə daxil edilməsinə ehtiyac var”

 

Deputat turistlərin aldadılması məsələsinə də toxunub:

 

“Turisti aldadan, dələduzluq edə şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”.

 

Deputat təyyarə qiymətlərinin baha olması problemini qaldırıb:

 

“Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki