“Birinci Qarabağ Müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var”.
Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elşən Musayev deyib. Deputat qazinin dövlətdən kömək gözlədiyini bildirib:
“Tutu ləqəbli qazimiz Rüxsarə Cumayevanın hazırda səhhəti pisdir. Onun ayaqları tutulub. Bu qəhrəman xanıma təcili olaraq kömək edilməlidir. Vəziyyəti olduqca qeyri-qənaətbəxşdir. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, aidiyyəti qurumlar qazimizin salamlığı üçün səfərbər olsunlar”.