image-modern-az-11-06-2021-1623399884backend

Deputat Sahib Alıyevdən Rusiyaya ETİRAZ

image-reklam_sirab_01

“Son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik çağırışları yayılır”.

Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev çıxış edib. O bir müddət öncə Rusiyada qətlə yetirilən 19 yaşlı azərbaycanlının məsələsinə də toxunub:

“Bu hadisə fərqli yerlərə çəkilir. Rusiyalı siyasətçi Vladimir Jirinovski bu cinayətlə barışmaq istəməyən azərbaycanlıları Rusiyadan çıxıb getməyə səsləyir. Halbuki, Jirinovski Soçidə hayların törətdiyi cinayətdən fikir yayındırmağa çalışır. Hay terrorundan ən çox əziyyət çəkənlərdən biri də Rusiyadır. Moskva qatarında baş verən terror aktını, Çeçenistan qatarının partladılması hadisələrini xatırlamaq yetərlidir. Bu cür “stəkanda fırtına” siyasətinə “yetər” deyilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki