image-trend_sevil_mikayilova_main_061020backend

Deputat Sevil Mikayılova Milli Məclisdə Xaçmaz və Xudat sakinlərini narahat edən problemləri səsləndirib

image-reklam_sirab_01

Prezident İlham Əliyevin rəhbərliyi altında Regionaların Sosial iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq həyata keçirilən quruculuq işləri, iqtisadi inkişafı hədəfləyən təqdirəlayiq tədbirlər göz qabağındadır. Bu proqram çərçivəsində, millət vəkili seçildiyim Xaçmaz rayonunda da yüksələn iqtisadi inkişafa nail olunub.

Veteninfo.az xəbər verir ki,, bunu deputat Sevil Mikayılova Milli Məclisdə çıxışı zamanı deyib.

“Lakin bəzi sosial çətinliklər sakinləri narahat edir. Belə ki, Xudat şəhəri və ətraf kəndlərdə yol təsərrüfatının yenidən qurulmasına ehtiyac var. Seçicilərlə görüşlərdə daim səsləndirilən problem məhz şəhərdaxili və kəndlərarası yolların yenidən qurulması ilə bağlıdır. Tərəfimizdən, eləcə də sakinlərin özlərinin dəfələrlə bu məsələni aidiyyatı qurumlar qarşısında qaldırılmasına baxmayaraq, problem indiyə qədər həll olunmayıb. Şəhər və kənddaxili yolların dağılması, hərəkət üçün yararsız halda olması, dağılmış yollarla hərəkət avtomobilləri də zədələdiyindən maşın tapmaq mümkün olmur, sakinlər piyada qalır, yayda toz-torpaqlı, qışda isə palçıqlı yoldan əziyyət çəkirlər. Ələxsus məktəb yollarının yararsız vəziyyətdə olması azyaşlıların əziyyət çəkməsinə səbəb olur” – deyə S.Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, köhnəlmiş yol infrastrukturu insanların məişət qayğılarını artırır, onlara maddi yük yaradır, lüzumsuz vaxt itkisinə gətirib çıxarır.

Eyni zamanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində investisiyaların yatırılması üçün cəlbedci olan Xaçmazın iqtisadi nüfuzuna, həmçinin Nabran zonasının turizm sektoruna ciddi xələl gətirir:

“Millət vəkili seçildiyim Xaçmaz rayonunda sakinlər arasında narazılıq yaradan digər problem xəstəxana və tibb məntəqələrinin olmaması ilə bağlıdır. Belə ki, rayonun Xudat şəhərində yerləşən Mərkəzi Xəstəxananın binası yararsız və qəzalı vəziyyətdə olduğu üçün 2020-ci il iyun ayından fəaliyyətini dayandırıb. 198 nəfərlik işçi heyəti, bir neçə şöbəsi olan xəstəxana əslində 70 000 nəfər əhaliyə tibbi xidmət həyata keçirməlidir. Hazırda isə yalnız təcili yardım şöbəsi və Ailə Sağlamlıq Mərkəzi bir neçə nəfərlə yarımtikilidə çətin şəraitdə işləmək məcburiyyətindədir. Tibbi xidmətlə bağlı ehtiyacın tam təmin olunmasında təbii ki problemlər yaranır, bu isə əhalini narahat edir.

Məsələ ilə bağlı TƏBİB-ə müraciət olunub. Dövlət Agentliyi yeni xəstəxana tikintisi ilə bağlı qərarın Səhiyyə Nazirliyinin səlahiyyətində olduğunu bildirib. Təxirəsalınmaz tədbir görülməsi hazırkı vəziyyətin tələbidir, əlaqədar orqanları məsələyə operativ münasibət göstərməyə çağırıram.

Ümumi inkişafımıza neqativ təsir edən bu problemləri aradan qaldırmaqla insanların məişət qayğılarını azaltmış, vətəndaş məmnunluğunu təmin etmiş olarıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki