image-modern-az-27-05-2021-1622102058backend

Deputat Şuşa şəhəri barədə sual verdi: İcra hakimiyyəti necə olacaq?

image-reklam_sirab_01

“Şuşa mədəniyyət paytaxtı və Qoruq şəhər elan edilir. Onun idarəsi publik hüquqi şəxsə tapşırılır. Bəs şəhərdə İcra hakimiyyəti və digər idarəetmə strukturları saxlanılacaqmı?”.

Veteninfo.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Qüdrət Həsənquliyev Şuşa haqqında belə bir sual ünvanlayıb. Deputat qeyd edib ki, bu məsələlər hələ də dəqiqləşdirilməyib:

“İdarəetmənin formasını dəyişmək Milli Məclisin səlahiyyətində deyil. Amma yerlərdə idarəetməni həyata keçirən İcra hakimiyyəti və bələdiyyələrin aqibətinin necə olacağı aydın deyil”.

Parlamentin birinci vitse-spikeri Əli Hüseynli isə deputatın sualına cavabında qeyd edib ki, həmin  qurumların fəaliyyəti yerində qalacaq:

“Şuşa şəhərində hazırda prezidentin xüsusi nümayəndəsi idarəçiliyi həayata keçirir. Eyni zamanda, publik hüquqi şəxs yaradılıb. Bu təsisat yalnız qoruğun idarəçiliyinə məsuldur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki