image-9backend

Deputat TƏBİB-in yaradılmasına ETİRAZ ETDİ

image-reklam_sirab_01

“Ölkədə uğursuz qərarlardan biri TƏBİB-in yaradılmasıdır. Ya bu qurum Səhiyyə Nazirliyinin tərkibinə verilməli, ya da nazirlik ləğv olunmalıdır”.

 

Veteninfo.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O qeyd edib ki, ikibaşlı idarəetmə özünü doğrultmur:

 

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemləri özlərində güc tapıb prezidentə müraciət etmirlər? Bu sahədə bizə xaricdən mütəxəsislər lazımdır. Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəsislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum səhiyyə nazirliyinin tabeliyinə verilməlidir, ya da səhiyyə nazirliyi də ləğv olunmalıdır”.

 

 

Əhliman Əmiraslanov deputata cavab olaraq bildirib ki, şübhəsiz ki icbari tibbi sığortanın həyata keçirmədən əvvəl bütün dünyanın təcrübəsi öyrənilib:

 

“Problemlərin olması ilə razıyam. Amma ilbəil problemlər azalacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki