“Erməni katalikosu II Qaregin erməni hərbçilərini Azərbaycan xalqına qarşı döyüşməyə çağırdı”.
Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar iclasında deputat Ceyhun Məmmədov danışıb. O qeyd edib ki, katalikosun belə çıxışı erməni kilsəsinin sülh istəmədiyini, xalqı müharibə və təxribatlara istiqamətləndirməyə çalışdığını göstərir:
“Azərbaycan multikulturalizm mərkəzidir. Ermənistanda isə vəziyyət tamam fərqlidir. Erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir. Din xadiminin bir xalqa qarşı düşmənçiliyi təbliğ etməsi, Azərbaycan xalqının qətlə yetirilməsinə sevindiyini göstərməsi yolverilməzdir.
Beynəlxalq təşkilatlardan gözlədiyimiz kimi, beynəlxalq dini təşkilatlardan da erməni din xadiminin bu səfərini pisləməyi tələb edirik. Çünki bu addımlar pislənmədikdə ermənilər yeni iddialarla çıxış edirlər”.