Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.
Veteninfo.az xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.
Konstitusiyaya uyğun olaraq, Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.