image-eadfd609-316e-3dcb-af82-845f28a6c158_850backend

“Deutsche Bank”ın mənzil-qərargahında axtarış keçirilib

image-reklam_sirab_01

Almaniyanın hüquq-mühafizə orqanları bu gün “Deutsche Bank”ın Frankfurt-Maynda yerləşən mənzil-qərargahında vergidən yayınma işi ilə bağlı axtarışlar aparıb.

əməliyyatda prokurorlar, vergi müfəttişləri, polis – ümumilikdə 114 nəfər iştirak edib.

Qeyd olunur ki, şübhəlilərin şəxsi mənzillərində də axtarışlar aparılıb. Axtarışlar artıq 5 ilə yaxındır ümumilikdə 80 nəfərin cəlb edildiyi istintaqla bağlıdır. İstintaqı Köln prokurorluğu aparır.

Bankdan verilən rəsmi açıqlamada 2017-ci ildən – istintaq başlayandan bəri bank tam şəkildə istintaqla əməkdaşlıq edir.

Qeyd edək ki, istintaq fırıldaqçıların vergilərin qaytarılması sxemindən istifadə edərək qeyri-qanuni yolla pul vəsaitləri aldığı “Cum-Ex” vergi sxemləri ilə bağlıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki