Bakı şəhər sakini olan Cəmil Quliyev polis tərəfindən saxlanılıb.
Veteninfo DİN-ə istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib.
Cəmil Quliyevin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. C.Quliyev barəsində toplanan material məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.