image-53backend

Diplomatlara sığorta ödənişi ilə bağlı dəyişiklik layihəsi təsdiqlənib

image-reklam_sirab_01

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Vətəninfo.az-ın xəbərinə görə, dəyişikliklə Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları fərdi qəza nəticəsində həlak olarsa və ya sağlamlığına zərər dəyərsə ona sığorta məbləğindən 15 faiz sığorta ödənişi veriləcək. Ağır, az azğır və yüngül xəsarət növləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Dəyişiklik layihəsində həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərə sığorta ödənişinin verilməsi qaydası, icbari sığortaya cəlb olunacaq Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və s. məsələlər də əksini tapıb.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki