image-konul-talibovabackend

Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir.

image-reklam_sirab_01

Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilmişdir. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində rayona böyük maddi və mənəvi ziyan dəymişdir. 1050 kvadrat kilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumitəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılmışdır. İşğal illərində Cəbrayıl tamamilə dağılıb, orda yalnız işğalcı ölkə hərbçilərinin istifadə etdiyi tikili və qurğular binası mövcüd olmuşdur.

Hələ 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuqmərcanlı kəndi Azərbaycan ordusunun tam nəzarətinə keçirilmişdi.

Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər sarayı” mağarası, Qalaçıq kəndindəki “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, “Xudafərin körpüsü”, Şıxlar kəndindəki dairəvi türbə və daha bir neçə tarixi abidələrimiz işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalmışdır. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi memarlıq abidələrimiz erməni əsarətindan qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Cəbrayıl rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

44 günlük Vətən Müharibəsi zamanı, Azərbaycan ordusu ilk gündən düşməni geri çəkilməyə məcbur etmişdir. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunmuş, Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. Və nəhahət, 4 oktyabr 2020-ci il Vətən müharibəsində ilk azad edilən şəhərimiz Cəbrayıl olmuşdur. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanmışdır.

Vətən müharibəsi başa çatandan sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəsi ilə ermənilərin ötən 200 ildə xalqımıza qarşı mütəmadi olaraq həyata keçirdiyi soyqırım siyasətinə son qoydu. Azərbaycan ordusu mühəribə dövründə üstünlüklərə sahib olmasına baxmayaraq bütün beynəlxalq hüquq normalarına ciddi şəkildə riayət etmişdir. Azərbaycan tarixi qələbəsi ilə BMT-nin Təhlükəsizlik şürasının Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməsi haqqında icra olunmayan, illərlə kağız üzərində qalan 4 qətnaməsini icra etdi. Ölkəmizin atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmışdır. Bütün prosseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan hər zaman konstruktiv və ardıcıl mövqe nümayiş etdirirdir. 27 ildən artıq müddət ərzində dünya ictimayyəti Azərbaycan ərazisinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır.

 

Suraxanı rayonu G.Əlıyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Nəzəriyyə şöbəsinin müəllimi Könül Talıbova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki