image-reklam-veteninfo
image-screenshotbackend

“Dostluq və işəgəlməzlik iddiaları yalandır” – Babək rayonundakı mədəniyyət müəssisəsinin rəhbərindən açıqlama

image-reklam-veteninfo

Babək rayonundakı mədəniyyət müəssisələrindən birinin fəaliyyəti ilə bağlı Vətəninfo.az saytında yayımlanan məlumatda adı hallanan Sərxan Abdullayev redaksiyamıza müraciət edərək iddialara cavab verib.

Xəbərdə müəssisə rəhbərinin iş başında olmadığı, iş vaxtını iş yerində deyil, çayxanada keçirdiyi və müəyyən vəzifəli şəxslərlə yaxın münasibətlərindən istifadə etdiyi iddia olunurdu.
Sərxan Abdullayev isə ona qarşı irəli sürülən bu ittihamları qəti şəkildə rədd edib. O, göndərdiyi cavab məktubunda yazılanların həqiqəti əks etdirmədiyini və şər-böhtan xarakteri daşıdığını bildirib:
“Haqqımda yazılanların heç biri həqiqəti əks etdirmir. Nə Emin Məmmədxanlı ilə dostluq münasibətimin olması, nə də gün ərzində işdə az vaxt keçirməyim barədə iddialar doğru deyil. Bu cür məlumatlar mənim gördüyüm işlərə kölgə salmaq məqsədi daşıyır. Mən bütün günü işimin başında olan biriyəm”.
Müsahibimiz həmçinin heç bir yüksək vəzifəli şəxslə qohumluq və ya dostluq əlaqələrinin olmadığını vurğulayıb:
“Dərindən araşdırsanız, heç bir yüksək vəzifəli şəxslə əlaqələrimin olmadığı gün işığına çıxar. Sizdən xahişim, haqqımda yayılan bu yalan məlumatların aradan qaldırılmasıdır. Qaranlıq qalan məqamların aydınlaşdırılması üçün istənilən araşdırmaya və şəffaflığa hazıram”. Sərxan Abdullayev sonda onu da vurğulayıb ki, Buyuub araşdırsınlar: “Şahidlərdə var mən əgər Emin Məmmədxanlı ilə yaxından uzaqdan bir əlaqəm varsa çıxsın ortaya. İşimə gün ərzində yarım saat qamış başqa yerlərdə olmuşamsa, haqqımda çıxan bütün qərarlara razıyam”.
Qeyd edək ki, redaksiyamız tərəflərin mövqeyinə hörmətlə yanaşır və qarşı tərəfin cavab haqqını təmin edərək, məsələ ilə bağlı araşdırmaların obyektiv aparılmasına tərəfdardır.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki