image-reklam-veteninfo
image-622320cb0ca18622320cb0ca191646469322622320cb0ca16622320cb0ca17-1backend

Dövlət Agentliyi qanunsuz tikintinin qarşısını alıb

image-reklam-veteninfo

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində vətəndaş Quliyev Fəxrəddin Həmid oğlu tərəfindən tikintisi aparılan doqquzmərtəbəli yaşayış binasına müvafiq icazəverici sənədləri olmadan əlavə olunan qeyri-yaşayış sahəsinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki