image-1backend

Dövlət Gömrük Komitəsinin sədri Qobustan və Şamaxı sakinlərini qəbul edəcək

image-reklam_sirab_01

Sentyabrın 20-də, saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəninfo.az bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumata görə, qəbul Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (ünvan: Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1d) baş tutacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar https://c2b.customs.gov.az/vsq_muraciet.aspx linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image