Avqustun 21-i Azərbaycanın tanınmış ictimai xadimi, Prezidentin Təhlükəsizlik Xidmətinin veteranı Elmar Məmmədov ad gününü qeyd edir.
Şərəfli həyat və fəaliyyət yolu hər zaman yüksək peşəkarlıq, intizam və Vətənə sədaqətlə bağlı olan Elmar Məmmədov uzun illər ərzində Prezidentin Təhlükəsizlik Xidmətində məsuliyyətlə qulluq etmiş, həmçinin PTX-nin Müfəttişliyinə rəhbərlik etmişdir. Onun bu sahədə qazandığı qüsursuz nüfuz və zəngin təcrübə sonrakı illərdəki fəaliyyətinin də əsas təməlini təşkil etmişdir.
Beynəlxalq əməkdaşlığa töhfələr
2019-cu ildən etibarən fəaliyyətini ictimai müstəvidə davam etdirən Elmar Məmmədov “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansına rəhbərlik edir. Sədr kimi həyata keçirdiyi işlər iki xalq arasındakı dostluq əlaqələrinin və qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. O, funksional vəzifələrini hər zaman yüksək məsuliyyət və fəallıqla yerinə yetirir.


























