image-33backend

Dünya ölkələri daş kömürdən imtina edir

image-reklam_sirab_01

Şotlandiyanın Qlazqo şəhərində keçirilən İqlim Dəyişməsi Konfransında Polşa, Vyetnam və Çili kimi daş kömürdən yararlanan dövlətlər bu yanacaq vasitəsindən imtina edəcəklərini bildiriblər.

Veteninfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, 190 ölkə və təşkilat daş kömürdən istifadədən imtina barədə qərar qəbul edib.

Məlumata görə, bu yanacaq növü Yerin atmosferini daha çox çirkəndirən vasitə və qlobal istiləşmənin başlıca amilidir.

Sənədi imzalayanlar daxili bazar və beynəlxalq səviyyədə elektrik enerjisinin istehsalına daş kömürdən istifadə olunan istənilən sərmayənin qoyulmasından imtina edəcələrini vəd veriblər.

Bununla belə, Avstraliya, Çin, Hindistan və ABŞ kimi daş kömürdən asılı olan ölkələr imtina sənədini imzalamaqdan imtina ediblər.

Sənayesi inkişaf edən ölkələr kömürdən 2030-cu ildən, daha kasıb dövlətlər isə 2040-cı ildən imtina edəcəklərinə razılıq veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki