Vətəninfo.az xəbər verir ki, İspaniya “Valensiya”sının 44 yaşlı italiyalı baş məşqçisi Cennaro Qattuzo İspaniya çempionu, Çempionlar Liqası kubokunun qalibi “Real Madrid”in 63 yaşlı baş məşqçisi Karlo Ançelotti haqda heyranlıqla danışıb.
“Mənim üçün mükəmməl məşqçi Karlo Ançelottidir. Onun hər zaman hər oyunçu üçün açarı var. Asan səslənə bilər, amma çox mürəkkəbdir. 20 yaşlı bir oğlanın başına necə girəcəyimi başa düşməliyəm. Bu üç ildə bəzi şeylər artıq mənim işimə gəlir.
Ançelottinin dörd nəsil oyunçunu necə başa düşməsi heyrətamizdir. O, dünyanın ən yaxşısıdır”, – AS Qattuzodan sitat gətirib.
İspaniya çempionatının 14 turundan sonra “Real” lider “Barselona”dan 2 xal geri qalaraq 35 xalla ikincidir . “Valensiya” 19 xalla 10-cudur.