image-elvinin-xatire-kompleksi-15backend

“Düşmənə dərs keçən müəllim” – Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin xatirəsinə abidə kompleksi inşa olunub

image-reklam_sirab_01

“Düşmənə dərs keçən müəllim” – Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin xatirəsinə rəhbəri olduğu Ağstafa şəhər 1 saylı tam orta məktəbində inşa edilən abidə kompleksinin açılışı olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, iştirak ediblər.

Əlindəki qələmini silaha dəyişən məktəb direktoru Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırılı kəndində anadan olub. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatılıb və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı.

Şəhidin atası Elsevər İmaməliyev bildirib ki, Elvin hər şeydən öncə Vətənini, torpağını, dövlətini sevirdi. Döyüşlərə də könüllü getmişdi. Şuşa şəhərində şəhidlik zirvəsinə ucaldı.

Elvin İmaməliyev Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəli idi, iki oğul övladı Vətənə əmanətdir.

“Uşaqlarımı onun adına layiq böyütməyə çalışıram. Elvin hər zaman şagirdlərinə vətənpərvərlik hissi aşılayırdı. Evdə bu iki balasına bayrağı, Vətəni sevdirirdi. İndi uşaqlarım bayrağımızı görəndə deyir ki, atamın bayrağıdır”, – deyə şəhidin həyat yoldaşı Əsmər İmaməliyeva söyləyib.

Elvin ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

image-elvinin-xatire-kompleksi-28

image-elvinin-xatire-kompleksi-25

image-elvinin-xatire-kompleksi-24

image-elvinin-xatire-kompleksi-19

image-elvinin-xatire-kompleksi-15

image-elvinin-xatire-kompleksi-13

image-elvinin-xatire-kompleksi-11

image-elvinin-xatire-kompleksi-4

image-elvinin-xatire-kompleksi-1

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki