image-cb0326f6-ebfa-4590-90c7-546ae8a7b7aabackend

Effektiv əməkdaşlığın konkret nümunələri

image-reklam_sirab_01

 

 

Siyasi, iqtisadi, mədəni, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası dünyanın bu günkü qabaqcıl dövlətlərindən birinə, eyni zamanda regional lider və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmiş, demokratik prinsiplər əsasında öz müstəqilliyini bərpa edərək, dünyanın bütün beynəlxalq təsisatları ilə əməkdaşlıq əlaqərinin genişləndirilməsi istqamətində fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 oktyabr tarixində Qırğızıstan şəhərinə səfər etmişdir. Bu gün iki dost ölkə arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.

Qırğızıstan paytaxtında keçirilən yüksək səviyyəli görüşdə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar qəbul edilmişdir. Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcəkdir. Həmçinin mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər haqqında  geniş müzakirələr edilmişdir. Eyni zamanda Bişkekdə Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digəri isə isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq iki məktəbin,  Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışları olmuşdur. Görüşlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq barədə söhbətlər aparılmışdır.

Dövlət başçısı Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bildirmişdir ki, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır”-deyə qeyd etmişdir.

Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan arasında bir sıra mühüm əhəmiyyət daşıyan sənədlər imzalanmışdır.

Eyni zamanda, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir.

 

Aynur Xəlilova – siyasi şəhrçi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki